Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İkinci beynəlxalq “Qəbələ kuboku” turniri

28 may 2013 | 15:00

Mayın 29-da starta çıxacaq 15 yaşlı futbolçulardan ibarət komandalar arasında ikinci beynəlxalq “Qəbələ kuboku” turniri, şübhəsiz, azarkeşlərin böyük marağına səbəb olacaq. Kubok uğrunda mübarizədə güclü futbol dövlətlərini təmsil edən klubların adları bu fikri inamla təsdiq edir: “Barselona”, (İspaniya), “Beşiktaş” (Türkiyə), “Şaxtyor” (Ukrayna), “Portu” (Portuqaliya), “Zenit” (Rusiya), “Feyenoord” (Hollandiya).

Bu məşhur komandaların usta futbolçularının yaxın ehtiyat qüvvəsi olan 15 yaşlılar, eləcə də Topaz Premyer Liqasının iddalı klublarından biri sayılan “Bakı”nın yeniyetmə futbolçuları  “Qəbələ”dəki yaşıdlarının qonağı olacaq, özlərinin yaddaqalan oyunları və əsl qələbə əzmi ilə azarkeşlərə xoş anlar yaşadacaqlar.

Püşk nəticəsində rəqiblər iki qrupa bölünmüşlər. “Qəbələ” birinci qrupda “Barselona”, “Şaxtyor” və “Beşiktaş”la rəqabət aparacaq, ikinci qrupa isə “Bakı”, “Portu”, “Zenit” və “Feyenoord” daxildirlər.

“Qəbələ kuboku”nun  qalibi, eləcə də ikinci və üçüncü mükafatçılar iyunun birinci günü məlum olacaq. Baslıcası isə qarşıdakı turnir onun hər bir iştirakçısının hazırlıq səviyyəsinin yüksəlməsinə xidmət etməklə yanaşı, oyunları böyük bir bayram kimi izləyəcək qəbələli uşaq və yeniyetmələr arasında futbolun daha kütləvi   hal alması işinə yeni təkan verəcək.

Xatırladaq ki, 30 may – 04 iyun 2012-ci il tarixlərində keçirilən birinci  beynəlxalq “Qəbələ kuboku” turnirində  “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan komandalarından “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu. Finalda isə Serbiya millisi ilə "Qalatasaray" qarşılaşmışdır. Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə bitdiyindən qalib penaltilər seriyası vasitəsi ilə müəyyənləşdirilmişdir. Turnirin qalibi adına "Qalatasaray" sahib olmuşdur.

Keçidlər