Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Abrıx kəndində səyyar görüş-qəbul keçirilib.

10 oktyabr 2018 | 16:00

Oktyabrın 10-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Abrıx kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Görüş-qəbulda çıxış edən Səbuhi Abdullayev rayonun bütün yaşayış məntəqələrində, o cümlədən Abrıx kəndində sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məlumat verib. RİH başçısı son illərdə kənddə 240 yerlk yeni məktəb binasının və icra nümayəndilyi üçün inzibati binanın tikildiyini, yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən yolun müasir qaydada yenidən qurulduğunu və asfalt örtük çəkildiyini, həmin yolda Qaraçay üzərində 220 p/metrlik, 11 aşırımlı körpünün inşa edildiyini, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı vəziyyətinin yaxşılaşdırıldığını bildirib və ərazidə həyata keçirilən digər mədəni-quruculuq işlərindən danışıb. Səbuhi Abdullayev son illər rayonda sahibkarlığın inkişafına verilən dövlət dəstəyi hesabına Abrıx kənd inzibati ərazi dairəsində də müəyyən işlərin görüldüyünü, xüsusilə kənd təsərrüfatı sahəsində bu işlərin daha da intensivləşdiyini və ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan güzəştlərdən, ayrılan subsidiyalardan səmərəli istifadə olunmasına diqqətin artmasının yaxşı hal olduğunu, bunun hesabına əkin sahələrinin genişləndiyini, daha çox kənd sakinin işə cəlb olunmasına yeni imkanların yarandığını diqqətə çatdırıb. İcra başçısı sadaladığı işlərin daha da sürətlənəcəyinə əminliyini ifadə edərək kənd sakinlərini bu sahədə fəal olmağa səsləyib. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər