Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonuna dəmir yolu xətti çəkilir.

12 oktyabr 2018 | 02:00

Azərbaycanın turizm mərkəzlərindən biri olan Qəbələ rayonuna dəmir yolu çəkilişi üzrə işlər davam edir. Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda işlərə start verilib. Rayona dəmir yolu Ləki stansiyasından dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Dəmir yolunun çəkilişi üçün tikinti materealları qərb və şimal-qərb bölgəsindən gətirilir.Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda daglıq əraziyə düşür. Sözü gedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb, torpaq sahəsi ayrılıb və ərazidə işlərə start verilib. 43 km-lik bir xətli dəmir yolunun çəkilişi zamanı, 75 su otürücü, 14 tünel və körpü, yolun 15-ci km-də Ağdaş rayonu Qarağan-şıxlar kənd ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Hazırda dəmir yol xəttinin 14-cü km-də 27 metrlik körpünün inşası aparılır.

Keçidlər