Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir

30 may 2013 | 15:00

Rayonunun  Vəndam  qəsəbəsındə   “Narkomaniyaya yox deyək” mövzusunda  tədbir keçirilmişdir.  Qəsəbə ictimaiyyətinin iştirak etdiyi tədbiri giriş  sözü ilə  Vəndam qəsəbə inzibati ərazi nümayəndəsinin müavini Azad  Xitilov açmışdır.
Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış etmək üçün söz Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəna Mahmudovaya vermişdir. Natiq öz çıxışında bu gün dünyada narkomaniyanın daha gənc insanların, ən dəhşətlisi isə azyaşlılar və qadınlar arasında yayılmaqda olduğu diqqətə çatdıraraq, narkotik aludəçilərinin acınacaqlı həyatından, yoluxduqları xəstəliklərdən, həm cəmiyyət, həm də özləri üçün yaratdıqları təhlükədən söz açmışdır.
Toplantıda “Erkən nikah və boşanmalar”   mövzusunda Qeydiyyat idarəsinin rəisi  Zinyət Bnağırova, “Narkomaniyanın insan orqanizminə təsiri” mövzusunda mərkəzi xəstəxananın  narkoloq həkimi Sahib Məsimov, “Narkomaniya” ilə bağlı rayon məktəblərində keçirilən tədbirlər  barədə rayon Təhsil şöbəsinin metodkabinetinin müdiri Arifə Bayramova cıxış  etmişlər. 
Tədbirdə Rayon icra hakimiyyəti Başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ətayə Osmanova çıxış edərək qeyd etdi ki,  Narkomaniya insan həyatının amansız yolu insan mənəviyyatının məhvidir. Narkotik vasitələrdən istifadə edən insanlar anlamadırlar ki, onlar təkcə öz həyatlarını deyil, bir nəslin həyatını puç edirlər. Bildirildi ki, cəmiyyətimizdə belə hallara rast gəlinir. Dövlətimiz tərəfindən isə belə halların çoxalmaması üçün mühüm tədbirlər görülür.
Sonda  müzakirə olunan məsələlərlə bağlı içtimaiyyəti maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər