Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda qədim xalçaçılıq sənətinin inkişafı üçün mühüm tədbirlər görülür.

12 oktyabr 2018 | 04:00

Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. Azərbaycanda xalça sənəti növlərinin yaranması, inkişafı çox qədim tarixə malikdir. Qədim xalçaçılıq sənətinin inkişafı üçün Qəbələ rayonunda da mühüm tədbirlər görülür. Rayonda fəaliyyət göstərən sex və fərdi emalatxanalarda tarixən qədimi olan “Pirəbədil”, “Quba-Şirvan”, “Köhnə Suraxanı”, “Qollu Çiçi”, “Qazax-Qarabağ”, “Ləcədi”, “Şirvan”, “Qımıl”, “Gülüstan” adlı milli çeşiddə xalçaların toxunur. Bununla yanaşı rayonda yalnız Qəbələyə məxsus “Laza” xalçaları da toxunur ki, bu da rayona gələn turistlərin böyük marağına səbəb olur. Xalçaçılıq sahəsinin inkişaf etdirilməsi üçün hazırlıq kursları təşkil edilir ki  bu da  sənətə olan marağı artırmaqla yanaşı bu işin sirlərini dərindən yiyələnənməsinə öz töhfəsini verir. Əl əməyinin məhsulu olan xalça, gəbə, kilim, sumax, xurcun, portret xalça, suvenir və tarixi abidələrin toxunma rəmzləri sərgi-satış mərkəzlərində turistlərə təqdim olunur. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar xarici ölkələrdə təşkil olunan sərgilərlə yanaşı, ümumrayon tədbirlərində, ümumrespublika dekorativ sənət festivallarında, ümumrespublika daxili turizm sərgisində, həvəskar rəssamların və xalq tətbiqi sənətkarlarının əsərlərindən ibarət sərgilərdə nümayiş etdirilir.

Keçidlər