Qəbələ rayonunda əhalinin dayanıqlı rabitə ilə təmin olunması diqqət mərkəzində saxlanılır.
Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim diqqət mərkəzində saxlanılır. Bütün bunların nəticəsidir ki, Qəbələ rayonu üzrə 1 şəhər, 29 kənd EATS-i olmaqla bütün inzibati ərazilər üzrə nümayəndəliklər tam rabitə ilə təmin edilərək montaj tutumu 12068 nömrəyə çatdırılmışdır. Qeyd olunan nömrələrin 3630 nömrəsi şəhər telefon şəbəkəsinin abunəçilərinin payına düşür.
Hazırda rayon üzrə 100 təsərrüfata düşən telefon abonentlərinin sayı 50 ədəd təşkil edir.Qəbələ rayonunda rabitənin keyfiyyətinin yüksəldilməsi, dayanıqlı və fasiləsiz təmin edilməsi məqsədilə 2018-ci ilin 9 ayı ərzində şəhər və kənd əhalisinə 335 ədəd telefon çəkilmiş, 1432 nəfər vətəndaşa internetdən yararlanmaq imkanları verilmişdir. Dövrülük müddəti ərzində yüksəksürətli, genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 6191-ə çatdırılmışdır. Qəbələ TKQ tərəfindən xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid, yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri ilə əlaqədar yeraltı rabitə qurğularının tikilməsi ilə rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli yüksəlməsinə, həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur
Abonentlərə təqdim olunan telefon və internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə şəhərin Həzi Aslanov küçəsində 120 m TPP50x2, Gənclik küçəsində 12 m TPP100x2, 94 m TPP20x2 və 60 m TPP 10x2 tipli kabellərin zədəli hissələri dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 28 may küçəsində TPP100x2 və TPP50x2 tipli kabellərin zədəli cütlükləri təmir olunaraq bərpa edilmişdir.Bərpa edilmiş zədəli cütlüklər hesabına şəhər telefon şəbəkəsində 40 nömrə çəkilərək abunəçilərin istifadəsinə verilmişdir. Qəbələ Telekommunikasiya Qovşağı tərəfindən 9 ay ərzində şəhərin müxtəlif hissələrində təsbit edilmiş 100 ədəd yararsız rabitə dirəkləri dəyişdirilərək dəmir dirəklə əvəz edilmiş, 155 ədəd istismar müddəti bitmiş rabitə dirəklərinin özüllərinə beton birləşmələr bağlanılmışdır.
Rayonun Nic qəsəbə EATS-nin və Zarağan kənd EATS-nin xətt şəbəkəsində internet və digər multimedia xidmətlərinin yüksəldilməsi üçün uyğun olaraq 85 metr TPP100x2 və 50 metr TPP50x2 tipli kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Rayonun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi ilə əlaqədar “Aztelekom” MMC tərəfindən Qəbələ Telekommunikasiya Qovşağına ayrılmış dəmir dirəklərin basdırılması təmin edilmişdir. Telefon çəkilişi və internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rayonun Əmirvan kəndində 120 m TPP10x2 tipli kabel, Böyük Pirəli kəndində 97 m TPP 20x2 tipli kabel, Məlikli kəndində 100 m TPP 10x2 tipli kabel, Uludaş kəndində 70 m TPP 10x2 tipli kabel, Zalam kəndində 50 m TPP 10x2 tipli kabel Həmzəli kəndində isə 75 m TPP 10x2 tipli kabel dəyişdirilərək abunəçilərin istifadəsinə verilmişdir. Telekommunikasiya Qovşağı tərəfindən rayonda dayanıqlı rabitənin təmin edilməsi diqqət mərkəzində saxlamaqla yanaşı müştəri məmnunluğunun yüksəlməsi istiqmətində məqsədyönlü tədbirlər həyata keçirilir.