Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Əmirvan kəndində səyyar görüş-qəbul keçirilib.

24 oktyabr 2018 | 06:00

Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev regionların sosial-iqtisadi inkişafı dövlət proqramında rayonumuzun bütün yaşayış məntəqələrində, eləcə də Əmirvan kəndində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Səbuhi Abdullayev kənd təsərrüfatının, ümumilikdə iqtisadiyyatın inkişafının əhalinin rifahının yüksəlməsində mühüm rol oynadığını, daha təminatlı etdiyini, bu baxımdan Əmirvanda da müəyyən işlərin görüldüyünü qeyd edib. RİH başçısı ərazidə xüsusilə heyvandarlığın və əkinçiliyin daha çox inkişaf etdiyini vurğulayıb. O, məlumat verib ki, daha yaxşı yaşamaq, yüksək nəticələr qazanmaq üçün müasir iqtisadi idarəetmə əsaslarında kənd təsərrüfatının digər sahələrini-- fındıqçılığı, baramaçılığı, meyvəçiliyi də genişləndirmək və inkişaf etdirmək lazımdır. Qeyd olunmuşdur ki, bütün fəaliyyət istiqamətlərinin təşkilində və sosial problemlərin həllində iş görmək istəyən kənd sakinlərinə hərtərəfli köməklik göstəriləcəkdir. Sonra kənd sakinləri dinlənilib. Görüş iştirakçıları rayonumuzda həyata keçirilən sosial layihələrin uğurlu icrasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında 19 kilometrlik Böyük Əmili-Bılıx-Əmirvan yolunun asfaltlaşdırılmasını, əraziyə qaz xəttinin çəkilməsini, kənddə yeni transformatorun quraşdırılmasını, yaşayış məntəqəsinə gələn su və işıq xətlərinin təmir edilməsini, qış mövsümündə əhalinin oduncaqla təchiz olunmasını və yeni tibb məntəqəsinin tikilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı verilən təkliflərdən icrası rayon təşkilatlarının səlahiyyətində olan məsələlərin həlli barədə həmin təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. O, qaz xətti və asfalt yol çəkilişinin dövlət proqramına uyğun olaraq aparıldığını qeyd etmişdir, ölkə başçısının tapşırığına əsasən yaxın illərə qədər rayonda qazlaşdırılmayan yaşayış məntəqəsinin qalmayacağını və yolların asfaltlaşdırılması işlərinin mərhələlərlə başa çatdırılacağını diqqətə çatdırmışdır.

Keçidlər