Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər.

02 noyabr 2018 | 02:00

Azərbaycan Prezidenti İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 1-i ölkəmizdə keçirilən Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi də peşə bayramlarını qeyd ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər. Sonra rayon aqrar inkişaf mərkəzinin inzibati binasında geniş bayram tədbiri keçirilib. Bayram mərasimində çıxış edən mərkəzin direktoru Rahib Əhmədov rayonun aqrar sahəsinin bütün işçilərini Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təbrik edib. O, bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən son illər aqrar sektorda strateji məhsulların, o cümlədən Qəbələ rayonu üçün xarakterik olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın və digər gəlir gətirən ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb. Görülən işlərin nəticəsində bu ilin doqquz ayında rayonumuzda kənd təsərrüfatında ümumi istehsal həcminin ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artdığını deyən mərkəzin direktoru aqrar sektorda aparılan islahatların nəticəsində heyvandarlıq məhsullarının və bitkiçilik məhsullarının da əsaslı surətdə çoxaldığını, kənd təsərrüfatı məhsulları istehsalı istiqamətində görülən tədbirlərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Daha sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev tədbir iştirakçılarını Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təbrik edib. O, çıxışında Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Rayonda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən Arif Allahverdiyev bildirib ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində davamlı olaraq iş aparılır. Yekunda bir qrup kənd təsərrüfatı işçiləri Fəxri fərmanla təltif ediliblər.

Keçidlər