“İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni kütləvi aksiya keçirilmişdir.
“Qafqaz” Resort oteldə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İnsan alveri və zorakılığa yox deyək” devizi altında mədəni kütləvi aksiya keçirilmişdir. Tədbirdə rayonun müxtəlif idarə və müəssisələrində çalışan 150-dək yeniyetmə və gənclər, həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişdir.
Aksiyada Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun aparıcı məsləhətçisi Rüstəm Abdullayev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı polis mayoru Samir Qarayev, Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov tədbir iştirakçılarını salamlayaraq aksiyanın keçirilməsində əsas məqsədin bura toplaşan gəncləri bəşəriyyət üçün faciəyə çevirən insan alveri və zorakılığa yox deməyə səsləməkdir. Xilas yolu hər bir kəsin sağlam həyat tərzində, sağlam əxlaqında, sağlam ruhunda olduğunu qeyd edən F.Soltanov bu sahəyə cənab Prezident İlham Əliyevin daim diqqət yetirdiyini gənclərin nəzərinə çatdırdı.
Daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı polis mayoru Samir Qarayev və aparıcının təqdimatında, son illərdə insan alveri və insanların qanunsuz daşınması hallarının artmasının ictimaiyyətin böyük narahatçılığına səbəb olduğu və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Milli Fəaliyyət Planlarının təsdiq edilməsi, Xüsusi Polis qurumu yaradılması, Nazirlər Kabinetinin qərarları ilə proqramların icra edilməsi barədə maariflənirici məlumatlar gənclərin diqqətinə çatdırıldı. Aksiya gənc müğənnilərin ifaları altında konsert proqramı ilə davam etdirilmişdir.
Aksiyada iştirakçılara maarifləndirici proşüralar təqdim edilmişdir.