Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda Bayraq Günü qeyd edilib.

07 noyabr 2018 | 16:00

Müstəqil Azərbaycan Respublikasınn əsas rəmzlərindən biri olan Dövlət Bayrağımızın 100 yaşı tamam olur. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli qərarı ilə təsdiq edilmiş üçrəngli, ay ulduzlu milli bayrağımız elə həmin gün hökümət binasının üzərində dalğalanmışdır. Azərbaycan Xalq Cumhuriyyəti höküməti və Azərbaycan xalqı milli bayrağımızın şərəfini israrla müdafiə etmiş, onun beynəlxalq aləmdə tanınmasına nail olmuşdular. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmuş, üçrəngli milli bayrağımız Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin rəmzi kimi qadağan edilmişdi. Bununla belə xalqımız milli bayrağımıza məhəbbətini itirməmiş, onu göz bəbəyi kimi qorumuşdur. Hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə 1990-cı ilin noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Xalq Cumhuriyyəti dövründə qəbul olunmuş üçrəngli milli bayrağımızı Dövlət Bayrağı kimi qəbul etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının  Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu qazanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən hər il noyabrın 9-da  ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Dövlət Bayrağı Günü bu il də rayonumuzda əsil bayram coşqusu ilə qarşılanmışdır. Yaşayış məntəqələrində, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə, özəl təşkilatlarda Dövlət Bayrağı Günü ilə əlaqədar rəngarəng tədbirlər keçirilmişdir. Noyabrın 7-də Rayon mədəniyyət mərkəzində Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbiri mərkəzin rəsmisi Nargilə Qafarova açmış, Dövlət himni səsləndirilmişdir. Şəhər 5 saylı tam orta məktəbin müəllimi Tahir Məsimov Dövlət Bayrağımızın yaranma tarixi haqqında məruzə etmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova suverenliyimizin rəmzi olan Dövlət Bayrağımıza göstərilən hörmət və sayqıdan söz açmışdır. Natiq bildirmişdir ki, bayrağımıza göstərilən sayqının nəticəsidir ki, bu gün paytaxt Bakıda, əksər şəhər və rayon mərkəzlərində bayraq meydanları, bayraq muzeyləri fəaliyyət göstərir, yeniləri tikilir. Gənc nəsildə bayrağımıza məhəbbət hissi aşılamaq üçün ardıcıl tədbirlər həyata keçirilib. Üçrəngli milli bayrağımız bu gün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının önündə, əksər ölkələrdəki diplomatik nümayəndəliklərimizdə, dünya okeanlarında üzən gəmilərmizdə dalğalanır. İdmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qürurla daşıyır, onun yüksəklərə qaldırılmasına nail olurlar. Çıxışlar başa çatdıqdan sonra Bayram tədbiri iştirakçıları Dövlət Bayrağı Günü münasibətilə təşkil olunmuş sərgiyə tamaşa etmişlər. Təntənəli mərasim incəsənət ustalarının və məktəblilərin rəngarəng çıxışları ilə davam etmişdir.

Keçidlər