Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Vəndam qəsəbəsində aztəminatlı ailələr üçün meyvə bağı salınıb.

08 noyabr 2018 | 16:00

Noyabrın 8-də İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələr üçün Vəndam qəsəbəsində meyvə bağı salınıb. Agacəkmə aksiyasında Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, İDEA İctimai Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin təmsilçiləri və 200 nəfərdən çox qəbələli gənclər iştirak edib.  Aksiyada rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə ekoloji problemlərin həllini daim diqqətdə saxladığını və ümummilli liderin müəyyən etdiyi inkişaf xəttinin Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütün sahələrdə böyük uğurlar qazanılıb, Azərbaycan transmilli layihələrin təşəbbüskarına və əsas iştirakçısına çevrilib. Ölkə başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında ekoloji problemlərin də həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib. RİH başçısı tərəfindən qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonda həyata keçirilən layihələrin nəticəsində Qəbələnin tarixi şöhrəti özünə qaytarılıb. Çiçəklənmə dövrünü yaşayan Qəbələnin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi, dünya xəritəsində məşhurlaşması möhtərəm Prezidentimizin əvəzolunmaz xidmətlərinin nəticəsidir. Onun rəhbərliyi və yaxından köməkliyi ilə Qəbələ tarixiliklə - müasirliyin sintezi fonunda yenidən qurulur. Burada aparılan nəhəng quruculuq-abadlıq işləri, rayonun sosial-iqtisadi inkişafı, həyata keçirilən yeni infrastruktur layihələri hər kəsdə qürur hissi yaradır. Bildirilib ki, ölkə başçısının dediyi kimi indi respublikamızın ikinci turizm şəhəri olan Qəbələdə inşa olunan yeni sənaye müəssisələri, məktəblər, səhiyyə ocaqları, idman kompleksləri, turizm-istirahət mərkəzləri, salınan asfalt yollar, tikilən körpülər bunun əyani nümunəsidir. Səbuhi Abdullayev daha sonra çıxışında deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaxından köməkliyi və təşkilatçılığı ilə Qəbələdə hər il beynəlxalq musiqi festivalları, rəsm sərgiləri və bir sıra xeyriyyə tədbirləri təşkil olunur. Keçirilən beynəlxalq tədbirlərə dünyanın müxtəlif ölkələrindən görkəmli musiqiçilər, ifaçılar, eləcə də ən məşhur fırça ustaları qatılır, xalqımızın maddi və mənəvi mədəniyyət nümunələri ilə yaxından tanış olurlar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoqunun baş koordinatoru, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə 2017-ci ilin aprel ayında başlanılıb. RİH başçısı pilot layihə çərçivəsində ölkəmizdə ekologiyanın qorunması ilə bağlı İDEA İctimai Birliyi tərəfindən müxtəlif istiqamətlərdə tədbirlər keçirildiyini, həmçinin indiyədək 16248-ə yaxın meyvə ağacının əkilərək 47 aztəminatlı, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verildiyini bildirib. O, çıxışında İDEA-nın yaşıllaşdırma layihələrinin məqsədinin ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək olduğunu vurğulayıb. Layihəyə əsasən Qəbələ rayonunda da müntəzəm olaraq ekoloji mühitin qorunması, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirildiyini, müxtəlif cinslərdən olan on minlərlə meşə və meyvə ağaclarının əkildiyini qeyd edən Səbuhi Abdullayev gənclərimizin, idarə və müəssisə kollektivlərinin iştirakı ilə şəhər ərazisində və avtomobil yollarının kənarlarında xeyli yaşıllıqların salındığını söyləyib. Çıxışının sonunda IDEA İctimai Birliyi tərəfindən 2 hektar ərazidə 1248 ədəd fındıq kolu əkiləcəyini və salınan meyvə bağlarının Vəndam qəsəbəsində yaşayan 3 aztəminatlı ailənin istifadəsinə veriləcəyini deyən Səbuhi Abdullayev həmin ailələrin bağlara qulluq göstərməklə məhsul istehsal edəcəyini və özlərinin maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlarını qeyd edib. Yekunda salınmış meyvə bağının aztəminatlı ailələrə təhkim edilməsi haqqında rayon icra hakimiyyəti başçısının imzaladığı Sərəncam qəsəbə sakinlərinə təqdim edilib. Mərasimdə ailə başçıları Bostan Xanəliyeva, Fərqanə Əbdürrəhmanova və Amil Eyvazlı onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və IDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Tədbir rayon mədəniyyət mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.

Foto qalereya

Keçidlər