Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ “Ölkəmizi tanıyaq” tur-aksiyasının ilk iştirakçılarını qəbul edib.

14 noyabr 2018 | 16:00

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 10 rayonun məktəblilərindən ibarət qruplar səfərin birinci günü - noyabrın 14-də günorta saatlarında Qəbələ şəhərinə gəliblər. “Karvansaray” və “Qafqaz Sport” otellərində yerləşən Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Cəbrayıl, Cəlilabad, Qubadlı (Sumqayıt), Saatlı və Sabirabad rayonlarının məktəbliləri nahardan sonra Qəbələ rayonu ilə tanışlığa başlayıblar. Məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində, Dəmiraparan çayının sahilində ağacəkmə aksiyasında iştirak ediblər. Yengicə kəndindəki zooparka ekskursiya da tur-aksiya iştirakçılarında xoş təəssürat oyadıb.On rayonun məktəbliləri ekskursiyanın növbəti günlərində Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi məkanları, görməli yerləri ilə tanış olacaqlar.

Keçidlər