Qanvermə aksiyası keçirilmişdir.
15 noyabr 2018 | 16:00
Qəbələ rayonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə “Talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək” məqsədilə qanvermə aksiyası keçirilib.Qəbələ Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan qanvermə aksiyasında rayon sakinləri, o cümlədən idarə, müəssisə və təşkilatlarının kollektivləri fəallıq göstəriblər. Aksiya zamanı qan vermək üçün gələnlər hərtərəfli müayinə olunub, 200 nəfərdən çox könüllüdən qan nümunələri götürülüb.