Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

II Qəbələ Kuboku - İlk oyun gününə yekun vuruldu

31 may 2013 | 15:00

15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında II Qəbələ Kubokunun qrup mərhələsinin birinci və ikinci turuna yekun vurulub.

İlk oyun günündə 8 qarşılaşma baş tutub.  “Qəbələ” ilk oyununu turnirin favoritlərindən sayılan “Şaxtyor”a qarşı keçirib. Hesabı Donetsk təmsilçisi açsa da, Nurlan Quliyevin 20-ci dəqiqədə vurduğu qol komandamıza ilk xalını qazandırıb. “Qırmızı-qaralar” ikinci görüşünü “Beşiktaş”dan olan həmyaşıdlarına qarşı keçirib. Rəqibindən aşkar şəkildə üstün olan meydan sahibləri 3 xal qazanmaqda çətinlik çəkməyib – 2:0. “Qəbələ”dən qolları U-16 yığmamızın da üzvü olan Baxşəli Baxşəliyev və Turan Manafov vurub. Baxşəliyevin penaltidən rəqib qapısına yol tapdığını da vurğulayaq.

Qrupun digər görüşlərində isə “Barselona” “Beşiktaş”dan üstün olub – 3:1. İspaniya təmsilçisi ikinci görüşündə “Şaxtyor”la heç-heçə edib.  İndi “Qəbələ” yarımfinalda iştirakını rəsmiləşdirmək üçün “Barselona” ilə həlledici oyunda qələbə qazanmalıdır. Əks halda “Şaxtyor”un da “Beşiktaş”la matçda xal itirməsinə ümid etmək lazımdır.

A qrupu
1. Barselona 2 1 1 0 4-2 4
2. Qəbələ 2 1 1 0 3-1 4
3. Şaxtyor 2 0 2 0 2-2 2
4. Beşiktaş 2 0 0 2 1-5 0

30 May
10:00 Qəbələ - Barselona
11:30 Beşiktaş - Şaxtyor

B qrupunda da maraqlı qarşılaşmalar baş tutub. “Portu” artıq ilk turlardan favoritlərdən olduğunu isbatlaya bilib. Portuqaliya klubu “Feyenoord” və “Bakı”ya müvafiq olaraq 1:0 və 6:0 hesabları ilə qalib gəlib. Digər matçlar isə belə başa çatıb: “Bakı” – “Zenit” 0:2, “Feyenoord” – “Zenit” 2:0.

B qrupu
1. Portu 2 2 0 0 7-0 6
2. Feyenoord 2 1 0 1 2-1 3 
3. Zenit 2 1 0 1 2-2 3
4. Bakı 2 0 0 2 0-8 0

30 May
10:00 Portu – Zenit
11:30 Feyenoord – Bakı

Keçidlər