Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 219 hektar sahədə yeni fındıq bağları salınıb.

04 dekabr 2018 | 16:00

Qəbələ rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi üçün böyük ərazidə yeni fındıq bağları salınıb.
Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi və yeni bağların salınması ilə bağlı tapşırığı Qəbələ sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlətimizin başçısının göstərişindən sonra rayonda yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, habelə Qəbələdə ümumilikdə bar verən 6244,4 hektar fındıq bağının nəzarətə götürülərək ağaclara mütəxəssislər tərəfindən aqrotexniki qulluq işlərinin göstərilməsi istiqamətində tədbirlərə başlanılıb və bu məqsədlə xüsusi qərargah yaradılıb.
Ötən 3 ayda bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin 3 qəsəbə və 55 kəndində əhali arasında, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib. Qısa müddətdə rayonda 219 hektar sahədə yeni fındıq bağı salınıb. Kənd sakinləri bu işə mütəşəkkiliklə qoşularaq istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkiblər. Bu məqsədlə rayon sakinləri tərəfindən 2016-cı ildə 1585 ha, 2017-ci ildə 517,4 ha, 2018-ci ilin yaz aylarında 135 ha, 2018-ci ilin payız aylarında isə 219 ha ərazidə findıq əkini işləri aparılıb. Hal hazırda bu işlər davam etdirilir. Qeyd edək ki, 2017-ci ildə Qəbələdə mövcud olan fındıq bağlarının bar verən yaşda olan 4454 hektarından, 7023,2 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı Qəbələ Fındıq Emalı Zavodunun yerli fındıq qəbulu məntəqələrinə də təhvil veriblər.

Keçidlər