Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Çindən gətiriləcək tut tinglərinin 50 min ədədi Qəbələ rayonu ərazisində əkiləcək.

08 dekabr 2018 | 00:00

Yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 50 mininin Qəbələ rayonu ərazisində əkilməsi nəzərdə tutulub. Bu məqsədlə rayonun qəsəbə və kəndlərində tinglərin əkini üçün bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri müəyyənləşdirilib.
Bundan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə payız mövsümündə rayon ərazisində 140 min ədəd yerli tut tinginin əkilməsi də nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə 59 min ədəd tut tinginin əkilməsi təmin olunub. Tinglər  xüsusilə baramaçılığın ənənəvi təsərrüfat sahəsi olduğu rayonun Vəndam qəsəbə, Bayramkoxalı, Tüntül, Bunud, Kürd və Soltannuxa həmçinin bir sıra digər kənd yaşayış məntəqələrinin ərazilərində daha çox əkilib.
Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi və gələcəkdə yaş barama istehsalının artırılması məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 170 min ədəd tut tingi əkilib. Bunun 110 min ədədini Çindən gətirilən tinglər təşkil edib. Bu günə kimi rayonda  220 min tut tingi əkilib.

Keçidlər