Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ölkəmizdə demokratik dövlət quruculuğunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

08 dekabr 2018 | 03:00

Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar rayonun yaşayış məntəqələrində, idarə və müəssisələrində, təhsil səhiyyə və mədəni-maarif ocaqlarında, özəl qrumlarda silsilə tədbirlər keçirilir.
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Milli qurtuluş və demokrtatik dövlət quruculuğu” mövzusunda “Açıq dərs”-də rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, şöbənin digər məsul işçiləri, müəllimlər və Qəbələ şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdləri iştirak etmişlər. “Açıq dərs” başlamazdan öncə şagirdlər və digər iştirakçılar Mərkəzdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyaya baxıblar. Tədbiri Qəbələ şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Abgül Cancanova aparmışdır. Öncə ulu öndərin həyat və fəaliyətindən bəhs edən mətn səsləndirilmişdir. Sonra müəllim ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Müəllimin izahı ulu öndərin siyasi fəaliyyətinin əsas məqamlarını əks etdirən video görüntülərlə müşayət olunmuşdur. Sonra “Açıq dərs” sual-cavab və diskussiya şəklində davam etmişdir. Dərsin gedişi göstərdi ki, şagirdlər ulu öndərin həyat və fəaliyyəti barədə dolğun biliyə malikdirlər. Dərsin sonunda təhsil şöbəsinin müdiri Arifə Bayramova tədbirin təşkili və gedişi haqqında mülahizələrini söyləmiş, tövsiyyələrini vermişdir.

Keçidlər