Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının konfransı keçirilmişdir.

31 may 2013 | 15:00

Mayın 30-da Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının konfransı keçirilmişdir.Konfransa başlamazdan əvvəl Ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri qoyulmuşdur.Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Aqiyə Naxçıvanlının, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin və Yeni Azərbaycan Partiyası mərkəzi aparatının məsul işçisi Emil Abasovun qatıldığı konfransda 400 nəfər iştirak edirdi.Konfrans işə başlamamışdan əvvəl Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və həyatdan köçmüş partiya üzvlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.Daha sonra konfransı açan YAP rayon təşkilatının sədri Abil Ağasəfov gündəliyi elan etdi. Gündəlikdə iki məsələnin -YAP Qəbələ rayon təşkilatının ötən konfransından keçən dövr ərzində görülmüş işlərə dair hesabat məruzəsinin dinləniləcəyi və partiyanın V qurultayına nümayəndələrin seçiləcəyi diqqətə çatdırıldı.Konfransın sədri çıxış üçün sözü rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə verdi.  Natiq Yeni Azərbaycan Partiyasının çağdaş tarixin ən narahat və təlatümlü dövründə tarixi zərurətdən yarandığını, bu illər ərzində çox zəngin bir həyat yoly keçdiyini, özünü ölkənin taleyində həlledici rol oynamaq qüdrətinə malik siyasi qüvvə kimi təsdiq etdiyini nəzərə çatdırdı. YAP-ın qabaqcıl dəstələrindən olan Qəbələ rayon təşkilatının  sıralarında bu gün 5470 nəfərdən çox partiya üzvlərinin birləşdiyini vurğuluyan Səbuhi Abdullayev onların 39 faizə qədərini gənclər, 41 faizini isə qadınlar təşkil etdiyini bildirdi.YAP rayon təşkilatı sədrinin müavini Elçin Tağıyev ötən konfransdan keçən dövr ərzində görülən işləri geniş təhlil etdi.Hesabat məruzəsindən sonra təşkilatın gənclər birliyinin üzvü Vüsalə Namətova çıxış etdi.Konfransın sədri sonra sözü Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Aqiyə Naxçıvanlıya verdi. O çıxışında ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında partiyanın rolundna danışdı və Yeni Azərbaycan Partiyasının əsil vətəndşa partiyası, ziyalı partiyası olduğunu söylədi. YAP Qəbələ rayon təşkilatının çox əlamətdar bir dövründə - Heydər Əliyevin 90 illik yubileyinin və Respublika Gününün qeyd edildiyi günlərdə konfrans keçirdiyini xatırladaraq partiyanın sıralarına daha çox gənclərin və qadınlaırn daxil olduğunu təqdir edərək alqışladı.Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü Vüqar Rəhimzadə konfransda çıxış edərək respublikamızın beynəlxalq arenada imicinin möhkəmlənməsi istiqamətində partiyanın həyata keçirdiyi işlərdən danışdı. Bu gün iqtidarda olan Yeni Azərbaycan Partiyasının bütün fəaliyyətinin ölkənin siyasi və iqtisadi qüdrətinin möhkəmləndirilməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini söylədi.Konfransda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, YAP rayon təşkilatının sədri Abil Ağasəfov, YAP rayon təşkilatı sədrinin müavini Elçin Tağıyev, rayon mərkəzi xəstəxanasının həkimi Şəfəq Alməmmədova və Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva Yeni Azərbaycan Partiyasının  V Qurultayına nümayəndə seçildilər. Yekunda partiya sıralarına yeni daxil olanlara partiya biletləri təqdim edilmişdir.

Keçidlər