Qəbələ rayon mərkəzi xəstəxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anım günü qeyd olunmuşdur.
Qəbələ rayon mərkəzi xəstəxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olunmuşdur. Toplantıda RMX-nın baş həkimi Sabir Bayramov Ulu Öndər Heydər Əliyevin həyat yolundan söz açmış, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, respublikamızın dünya dövlətləri arasında layiqli yer tutmasında, o cümlədən diplomatiyamızın inkişafındakı xidmətlərindən danışıb. Sabir Bayramov Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərindən də ətraflı bəhs edib, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin milli mənafelərinin beynəlxalq aləmdə uğurla təmin edildiyini diqqətə çatdırıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, Ümummilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə bütün sahələrdə olduğu kimi eləcə də səhiyyəmizdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi bir daha gücünü nümayiş etdirir, bütün uğurlarımız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.