Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ulu Öndərə böyük ehtiram.

11 dekabr 2018 | 01:00

Qəbələ Rayon Təhsil şöbəsi Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirmişdir. Şəhər 4 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, şöbənin digər məsul işçiləri, müəllimlər, yuxarı sinif şagirdləri iştirak etmişlər.
Anım mərasimini 4 saylı tam orta məktəbin direktor müavini Mətanət Mahmudova açmışdır. Azərbaycan Respublikasının Dövlət himni  səsləndirilmiş, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mətanət Mahmudova dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etmişdir. Məruzədə bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün sahələr üzrə inkişafını, dünya dövlətləri içərisində sayılıb seçilən, öz sözü olan bir dövlətə çevrilməsini öz həyat fəlsəfəsi saymış, bütün ömrünü bu amala həsr etmişdir. Dahi şəxsiyyət, uzaqgörən siyasətçi Heydər Əliyev öz gərgin fəaliyyəti sayəsində Azərbaycanı bütün gözlənilən fəlakətlərdən qurtarmış, sürətli inkişaf yoluna çıxarmışdır. Ulu Öndərin gərgin əməyi nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz məcraya düşmüşdür.
Qeyd olunmuşdur ki, Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidmətlərindən biri də odur ki, o ölkəmizin özü qədər inandığı cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyinə inanırdı. Bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir.
Məruzə dinlənildikdən sonra şagirdlərin ifasında ulu öndərə, Vətənə həsr olunmuş şeir kompozisiyası, dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Keçidlər