Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Müalicə Diaqnostika Mərkəzində anım günü qeyd olunub.

11 dekabr 2018 | 02:00

Qəbələ Rayon Müalicə Diaqnostika mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan mərkəzin baş həkimi Ceyhun Əhmədov Ümummilli Liderin həyat və fəaliyyəti barədə məruzə etmişdir. Tədbirdə mərkəzin  kadrlar şöbəsinin müdiri Mahir Kərimxanov, gənc həkim Səbinə Məmmədova çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin daim səhiyyənin inkişafına diqqətlə yanaşdığını, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin və kadr potensialının yaradılmasının qayğısına qaldığından söz açmışlar. Qeyd olunub ki, dahi şəxsiyyətin təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb. Diqqətə çatdırılıb ki, Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatlar, tibb müəssisələrinin maddi-texniki bazalarının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Keçidlər