Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub.

25 dekabr 2018 | 16:00

Dekabrın 25-də Qəbələ Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıq işlərinin gedişi ilə əlaqədar müəyyən edilən tədbirlərin icrası vəziyyətinə dair şura iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların, turizm obyektlərinin rəhbərləri iştirak ediblər. Şura iclasını açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qışa hazırlıq işlərinin gedişi barədə məlumat verib. Bildirilib ki, məsələ oktyabr ayında, mövsümə iki ay qalmış RİH başçısının yanında keçirilən şura iclasında müzakirə olunub, bu barədə müvafiq qərar qəbul edilib. Həmçinin müəyyənləşdirilən konkret vəzifələrin, nəzərdə tutulan tədbirlərin icrasına nəzarət etmək məqsədilə RİH-də qərargah yaradılıb. Qeyd olunub ki, həmin şura yığıncağından ötən dövr ərzində nəzərdə tutulmuş bütün məsələlər icra olunub, məktəblərdə, səhiyyə ocaqlarında, mədəni-maarif müəssisələrində və digər təşkilatlarda qış mövsümünə hazırlıq işləri başa çatdırılıb. RİH başçısı diqqətə çatdırıb ki, qış mövsümündə rayonun bütün sosial obyektlərində, o cümlədən təhsil, səhiyyə ocaqlarında, uşaq bağçalarında, idarə və müəssisələrdə normal istilik yaratmaq, elektrik, qaz, su və yol təsərrüfatını fasiləsiz olaraq işlək vəziyyətdə saxlamaq hər bir cavabdeh şəxsdən böyük məsuliyyət tələb edir. Ona görə qarşıdan gələn bayram və qeyri-iş günlərində xidmət təşkilatlarının öz işinə məsuliyyətlə yanaşması, yaşayış məntəqələrinin bütün kommunikasiyalarının işlək vəziyyətdə olmasının nəzarətdə saxlanılması onlara bir daha tövsiyə olunub. İclasda rayonun xidmət təşkilatlarının – regional elektrik şəbəkəsinin rəisi Musa Məmmədov, qaz istismarı sahəsinin rəisi Sübhi Bayramov, 10 saylı “Yol-istismar” MMC-nin direktoru Naməddin Qədirov, təhsil şöbəsinin müdiri Arifə Bayramova, regional meşə təsərrüfatı mərkəzinin direktoru İlqar Qəribov və başqaları rəhbərlik etdikləri sahələr üzrə görülən işlərə dair ətraflı məlumat veriblər. İclası rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırıb.

Keçidlər