Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Bum qəsəbəsində səyyar görüş-qəbul keçirilib.

26 dekabr 2018 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş-qəbulu Bum qəsəbəsində keçirilib. Görüş-qəbulda RİH başçısı aparatının, hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə Səbuhi Abdullayev qəsəbə sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Hmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. RİH başçısı görüş-qəbulda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən sosial-iqtisadi inkişafdan, onun diqqət və qayğısı sayəsində regionlarda, o cümlədən Qəbələ rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Qeyd olunub ki, rayonda onlarla yeni məktəb binaları inşa edilib, ucqar ərazilərə gedən avtomobil yolları yenidən qurulub və təmir olunub, yeni beton bəndlər, körpülər salınıb, əksər yaşayış məntəqələri qazlaşdırılıb, əhalinin dayanıqlı rabitə, elektrik enerjisi, qaz təchizatı yaxşılaşdırılıb. Qazanılan bütün uğurların ilk növbədə dövlətimizin başçısının gərgin və səmərəli fəaliyyətinin bəhrələri olduğunu qeyd edən icra başçısı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkədə həyata keçirilən layihələrdən söz açıb. Bildirilib ki, son illərdə rayonumuzda görülən yenidənqurma işlərinin fonunda Bum qəsəbəsi də diqqətdən kənarda qalmayıb. Həmçinin qeyd olunub ki, astanasında olduğumuz 2019-cu ildə də Bum qəsəbəsində elektrik təchizatı təsərrüfatının tamamilə yeniləşdiriləcəyi, Bum-Qəbələ avtomagistralındakı su ötürücüsünün yerində biraşırımlı körpünün inşa ediləcəyi və sahilbərkitmə işləri ilə əlaqədar Bum çayında beton mühafizə bəndinin inşa olunacağı nəzərdə tutulub. Sonra görüşdə qəsəbə sakinləri dinlənilib. Onlar Bum qəsəbəsində görülmüş abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Çıxış edən ictimaiyyət nümayəndələri qəsəbədə tam orta məktəb binasının əsaslı təmir olunmasına, telefon xətlərinin təmir edilməsinə, ərazidə yeni subartezian quyusunun qazılmasına, Bum-Qəbələ yolunda yeni suötürücü qurğunun quraşdırılmasına köməklik göstərilməsini xahiş ediblər. Görüşü yekunlaşdıran Səbuhi Abdullayev qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər