Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bayram günlərində Qəbələyə səfər edən turistlər gözəl anlar yaşayıblar.

05 yanvar 2019 | 16:00

Qəbələ rayonu coğrafi quruluşu və müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizdə 3 gün davam edən bayram tətilində rayonun turizm məkanlarına üz tutan yerli və xarici turistlərin qarlı dağlarda motorlu xizəklərlə, kanatla gəzmək və buz üstündə xizəklə sürüşmək, kimi arzuları Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram ab-havası yaşanıb, bütün otellərdə, istirahət və əyləncə mərkəzlərində xüsusi hazırlanmış əyləncəli şou proqramlar turistlərə təqdim olunub. Qonaqların istirahətinin şən və mənalı təşkili üçün otellərdə, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək səviyyədə şərait yaradılıb, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Qəbələyə üz tutan yerli və xarici turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağlardakı ucqar kəndlərə gedərək mənzərəli yerlərlə yaxından tanış olublar.

Keçidlər