Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar açıq dərslər təşkil olunur.

16 yanvar 2019 | 23:00

20 Yanvar xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu fikir 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar yanvarın 15-də Qəbələ rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəbləri şagirdləri üçün keçirilən növbəti açıq dərsdə səsləndirilib. Açıq dərsdə Mərkəzin direktor əvəzi Kəmalə Qasımova və Nic qəsəbə tam orta məktəbin müəllimi Tural Mehdiyev 1990-cı il yanvarın 20-də sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıqla həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, xalqın səsinə səs verən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və qanlı hadisələrə kəskin etirazını bildirib. Diqqətə çatdırılıb ki, qanlı yanvar gecəsi xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban verən oğul və qızlarımız arasında məktəblilər də var idi. 13 yaşlı Larisa Məmmədova və İlqar İbrahimov hələ ölümün nə olduğunun fərqində deyildilər. Şəhidlik zirvəsinə yüksələcəkləri ağıllarına da gəlmirdi. Günlərini məktəbli rəfiqələri, dostları ilə xoşbəxt keçirən bu balaca uşaqların kiçik ürəklərindəki böyük Vətən sevgisi, azadlıq arzusu onları da həmin gecə odun, alovun içinə çəkib apardı. Açıq dərsdə Qəbələ şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında faciə qurbanlarının xatirəsinə həsr olunan şeirlər söylənilib, Qanlı Yanvar hadisələrinə dair film nümayiş etdirilib.

Keçidlər