Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir.

17 yanvar 2019 | 00:00

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü Qəbələ rayonunda silsilə tədbirlərlə qeyd olunur. Rayonun idarə və təşkilatlarında, təhsil müəssisələrində anım mərasimləri keçirilir, sərgilər təşkil edilir. "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir adlı növbəti tədbir Qəbələ Rayon Telekommunikasiya Qovşağında keçirilib. Tədbiri qovşağın rəisi Etibar İsayev açmış, 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Natiq çıxışında 20 yanvar gününün  ümumxalq faciəsi, eyni zamanda müstəqillik, istiqlal və azadlıq uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bildirilmişdir ki, bu təcavüz xalqımızı mənəvi cəhətdən sarsıda bilməmiş, onun mənliyini tapdalaya, qürurunu sındıra bilməmiş, əksinə, 20 Yanvar günü xalqımızın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazılmış və tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da, şəhidlərimizin qanı ilə qəhrəmanlıq salnaməsinə həkk olunmuşdur.

Keçidlər