Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər keçirilir.

18 yanvar 2019 | 00:00

20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon təhsil şöbəsində geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq Qəbələ şəhər 1 nömrəli tam orta məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş açıq dərs keçirilmişdir. Tarix müəllimi Esmira Əsədovanın apardığı açıq dərsdə şagirdlərə 20 Yanvar qırğınının yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə geniş məlumat verilib. Əsasən dialoq şəklində keçən dərsdə bir daha məlum oldu ki, şagirdlər tariximizin bu qanlı, eyni zamanda qəhrəmanlıq səhifəsi barədə geniş biliyə malikdirlər. 20 Yanvar hadisələri xalqımızın müstəqillik uğurnda mübarizəsində yeni daha fəal bir səhifənin başlanğıcı oldu. Açıq dərsdən sonra məktəb müəllimlərinin, şagirdlərinin və təhsil şöbəsi işçilərinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş «Qan yaddaşımız» adlı tədbir keçirilmişdir. Məktəb direktorunun müavini, tarix müəllimi Nurdanə Müzəffərova 20 Yanvar faciəsi ilə əlaqədar məruzə etmişdir. Natiq çoxlu faktlarla sovet imperyasının bu qanlı qətliamı və nəticələri barədə dinləyicilərə geniş məlumat vermişdir. Sonra şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunmuşdur. Sonda tədbir iştirakçıları rayon uşaq yaradıcılıq mərkəzinin 20 Yanvara həsr etdiyi şərqiyə baxmışlar. Tədbirlərdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova iştirak etmişdir.

Keçidlər