20 Yanvar- Ümumxalq hüzn günü ilə əlaqədar Qəbələ Rayon Mədəniyyət Mərkəzində toplantı keçirilmişdir.
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə münasibətilə Qəbələ rayon Mədəniyyət Mərkəzində 17 yanvar 2019-cu il tarixində toplantı keçirilmişdir. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başladı. Tədbirdə ilk olaraq çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə baş məsləhətçisi Nargilə Qafarova bu tarix barədə məlumat verərək bildirdi ki, bir tərəfdən kədərli digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlığının, azadlıq uğrunda mübarizliyinin sübutu olub. Sonra Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçı metodisti Natəvan Mürşüdova çıxış edərək bu faciəsinin baş vermə tarixi barədə məlumat verdi. Daha sonra Qəbələ rayon Mədəniyyət Mərkəzinin müdiri Malik Ağayev çıxış edərək qeyd etdi ki, 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra mümkün olub.Tədbirin sonunda Mədəniyyət Mərkəzinin foesində Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin 20 Yanvar faciəsi ilə əlaqədar çəkdikləri rəsmlərə baxış keçirilmişdir.