Rayonun Bum qəsəbə inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilib.
Bum qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə ərazidə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncağa qəsəbə ictimaiyyətinin, ziyalıların, ağsaqqalların nümayənələri dəvət olunmuşdur. Rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev yığıncağın işində iştirak etmişdir. Rayon icra hakimiyyəti başçısının Bum qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eynulla Məmmədov hesabat məruzəsində 2018-ci ildə qəsəbədə görülən işlər, həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Nümayəndə bildirmişdir ki, Bum qəsəbəsi rayonun ən iri yaşayış məntəqələrindən biridir. Qəsəbədəki 1329 təsərrüfatda 5500 nəfər əhali yaşayır. Əhali əsasən meyvəçilik və heyvandarlıqla məşğuldur. Qəsəbənin təbii qazla təminatı bütünlüklə başa çatıb. Rayon mərkəzi ilə qəsəbəni müasir tələblərə cavab verən avtomobil yolu birləşdirir. Qəsəbənin mərkəzi abadlaşdırılıb. Əhali daimi elektrik enerjisi və təbii qazla tam təmin olunub. Qəsəbədə yerləşən 2 ümumtəhsil məktəbi, uşaq bağçası, həkim məntəqəsi nümayəndəliyin daimi diqqət mərkəzindədir. Qəsəbədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün xeyli iş görülüb. Baramaçılığın yem bazasını möhkəmlətmək üçün 2600 ədəd tut tingi əkilib, 83 hektar yeni fındıq bağı salınıb. Eynulla Məmmədov 2019-cu ildə qəsəbədə görüləcək işlər barədə də yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Bum qəsəbə tam orta məktəbinin direktoru Məlahət Dadaşova, həkim məntəqəsinin müdiri Müsalim Musayev, kənd sakinləri Hikmət Abdullayev, Qabil Cəfərov və başqaları çıxış edərək nümayəndəliyin 2018-ci ildəki fəaliyyəti barədə fikirlərini bildirməklə yanaşı, 2019-cu ildə qəsəbədə həlli vacib olan işlər haqqında da təkliflərini dilə gətirmişlər. Qəsəbə tam orta məktəbinin təmirinə, qəsəbədə bir neçə yerdə avtobus dayanacağının quraşdırılmasına, küçə işıqlarının qaydaya salınmasına, qəsəbədaxili yolların təmirinə, əlavə subartezian quyusunun qazılmasına ehtiyac olduğu bildirilmişdir. Rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev Bum qəsəbə ərazi nümayəndəliyinin fəaliyyətini geniş təhlil etmiş, 2019-cu ildə qəsəbədə görülməsi nəzərdə tutulan işlər barədə məlumat vermişdir. Yığıncaq iştirakçıları qəsəbə inzibati ərazi nümayəndəliyinin fəaliyyətini kafi qiymətləndirmişlər.