Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Milli Oftalmologiya Mərkəzi Qəbələdə tibbi aksiya keçirib.

28 yanvar 2019 | 16:00

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti tibbi aksiyasını yanvarın 25-26-da Qəbələ şəhərində keçirib. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Görmə 2020” proqramı çərçivəsində keçirilən aksiyada məqsəd pasientləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarını aşkarlamaq, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir. Milli Oftalmologiya Mərkəzinin həkimləri iki gün ərzində 78 nəfər pasienti müayinə edib. Onlardan 11 nəfəri elə burada kataraktdan əməliyyat olunub. Bir neçə pasientə əlavə müayinə üçün Milli Oftalmologiya Mərkəzinə müraciət etmək məsləhət bilinib. Digər pasientlərə isə müalicə proseduru müəyyən edilib.

Keçidlər