Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Nic qəsəbə inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilib.

30 yanvar 2019 | 02:00

Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 2018-ci ildə sosial-iqtisadi sahədə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir. Qəsəbə sakinlərinin, ziyalıların və ağsaqqalların iştirakı ilə keçirilən hesabat iclasında inzibati ərazi nümayəndəsi İbrahim Məmmədov ötən il yaşayış məntəqəsində sosial-iqtisadi sahədə həyata keçirilən layihələr, aparılan abadlıq-quruculuq tədbirlərinə dair geniş məruzə etmişdir. Məruzəçi hesabat ilində qəsəbənin abadlaşdırılması, əhalinin sosial problemlərinin həll edilməsi istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat vermiş, qarşıda duran vəzifələr barədə geniş söz açmışdır. Hesabat iclasında qəsəbə ağsaqqalı Frans Vartanov, YAP qəsəbə ərazi ilk təşkilatının sədri Rövşən Balayev, 5 nömrəli tam orta məktəbin direktoru Venera Antonova, yerli yazar Əhməd Məmmədli, alban-xristian dini icmasının üzvü Rafik Danakari, 2 nömrəli tam orta məktəbin direktoru Valeri Martirosov və digərləri çıxış etmişlər. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov 2018-ci ildə ölkədə, o cümlədən Qəbələ rayonunda sosial-iqtisadi sahədə həyata keçirilən layihələr barədə iclas iştirakçılarına ətraflı məlumat vermiş, Nic qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən görülən işləri təhlil etmişdir. Abil Ağasəfov həmçinin sosial-iqtisadi sahədə bu il qəsəbədə görülməsi nəzərdə tutulan işlərin icrası ilə bağlı inzibati ərazi nümayənəliyinin fəaliyyətinin istiqamətləndirilməsi üçün tövsiyələrini vermişdir.

Keçidlər