Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Fövqəladə hallarda davranış qaydaları” mövzusuna həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir.

30 yanvar 2019 | 04:00

29 yanvar 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, FHN-nin Şimal-Qərb Regional Mərkəzi ilə birgə “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda  maarifləndirici tədbir keçirmişlər. Tədbirin keçirilməsində əsas məqsəd baş verə biləcək hər hansı bir təbii fəlakət, texnogen qəzalar, yanğına qarşı təhlükəsizlik qaydaları və yanğın baş verdikdə müəllim və şagirdlər arasında davranış qaydalarına əməletmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur. Toplantını giriş sözü ilə Mərkəzin direktoru Azad Məmmədov açaraq, tədbirin məqsədi barədə iştirakçılara ətraflı məlumat verdi.  Daha sonra FHN-nin Şimal-Qərb Regional Mərkəzinin  əməkdaşları tərəfindən “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Sel və daşqın”, “Torpağı sürüşməsi”, “Nəqliyyat qəzaları” və “112” qaynar xətti” mövzularında məruzələr dinlənilmiş, müvafiq videoçarxlar nümayiş olunmuşdur.Tədbirdə FHN-nin Şimal-Qərb Regional Mərkəzinin baş məsləhətçisi Natiq Rüstəmov, daxili xidmət leytenantı Amil Hümbətli və FHN-nin Şimal-Qərb Regional Mərkəzinin Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru Amal Babayev iştirak etmişlər.

Keçidlər