Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Böyük Əmili kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir.

01 fevral 2019 | 04:00

Hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin, ziyalıların və ağsaqqalların iştirak etdiyi görüşdə RİH başçısı respublikamızda qazanılan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğıdan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Sakinlərdən Qüdrət Əfəndiyev, Elçin Baxışov, Hüsaməddin Gözəlov, Zülfü Məmmədov, Nüsrət Hacıyev və başqaları çıxış edərək ərazidə əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, adamların məşğulluğunun təmin olunması ilə bağlı Qəbələ rayonuna göstərilən dövlət qayğısına görə Prezidenti İlham Əliyevə minnəıtdarlıqlarını ifadə ediblər. Çıxış edənlər rayonumuzun kənd təsərrüfatı sektoru üçün yeni və gəlirli sahə sayılan şəkər çuğunduru becərilməsinin genişləndirilməsi, ənənəvi tütünçülüyün və baramaçılığın inkişafına mane olan problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürmüşlər. Rayon icra hakimiyyətinin başçısı səyyar görüş-qəbulda sakinlər tərəfindən edilən müraciətlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq göstərişlər vermişdir.

Keçidlər