“Qış məktəbi” layihəsi çərçivəsində iştirakçılar Qəbələ rayonu ilə yaxından tanış olacaqlar.
05 fevral 2019 | 01:00
Fevralın 4-dən etibarən Qırğızıstanın Qırğız Rus-Slavyan Universitetinin, Slovakiyanın Koşitse Universitetinin, Rusiyanın Voronej Dövlət Texniki Universitetinin 40 nəfərdən ibarət tələbə və müəllim heyəti “Qış məktəbi” layihəsi çərçivəsində ölkəmizə gələcək. 10 gün davam edəcək “Qış məktəbi”ndə əcnəbi tələbələrə memarlıq fakültəsinin müəllimləri mühazirələr oxuyacaq, ustad dərsləri keçəcəklər. Tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün turlar təşkil ediləcək. Layihə çərçivəsində iştirakçılar Qəbələ rayonunun tarixi mədəni məkanları və görməli yerləri ilə də yaxından tanış olacaqlar.