Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Hacıalılı kəndində səyyar görüş-qəbul keçirilib.

06 fevral 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Hacıalılı kənd sakinləri ilə görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüşü açan RİH başçısı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışıb. RİH başçısı qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, digər sosial layihələr həyata keçirilir, özəl sahə inkişaf etdirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Qeyd olunub ki, ölkə başçısının qayğısı ilə görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəldilməsidir. Natiq son illər Hacıalılı kəndində də xeyli quruculuq işlərinin aparıldığını - qaz xətti, asfalt yol çəkildiyini, daxili yolların hamarlanaraq qaydaya salındığını, uşaq bağçasının təmir olunduğunu, əhalinin fasiləsiz enerji daşıyıcıları ilə təchiz edildiyini bildirib. Sonra xidmət təşkilatlarının rəhbərləri ərazidə gördükləri işlərə dair məlumat veriblər. Səyyar qəbulda kənd sakinləri dinlənilib. Onlar son illər rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Hacıalılı kəndinin də qıraqda qalmadığını qeyd edib, ərazidə olan sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlərdən Şahid Məsimov, Zümrüd Əsgərova, İmran Məmmədov, Ceyran Abdullayeva, Afət Əliyeva və başqaları Hacıalılı-Mamaylı-Bayramkoxalı yolunun ərazidən keçən hissəsinin asfaltlaşdırılmasını, kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasını, yeni salınan yaşayış massivində artezian quyusunun qazılmasını, mədəniyyət mərkəzi binasının tikilməsini xahiş ediblər. Görüşdə sakinlər tərəfindən verilən təkliflərin və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər