“Qəbələ” “Sabah”ı məğlub edərək dördüncü pilləyə yüksəlib.
11 fevral 2019 | 23:00
Fevralın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.Turun start görüşü “Əlincə Arena” stadionunda baş tutub. “Sabah” komandası “Qəbələ”ni qəbul edib. Səbuhi Bayramovun idarə etdiyi görüş “Qəbələ” klubunun 0:1 hesablı qələbəsi ilə başa çatıb. Əyalət təmsilçisinin oyunda yeganə qolunu Rauf Əliyev 31-ci dəqiqədə aktivinə yazıb. Matçın 45-ci dəqiqəsində “Sabah”ın əsas qol silahı sayılan Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu qələbədən sonra “Qəbələ” xalların sayını 23-ə çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib, “Sabah” isə 20 xalla beşinci yerə enib.