Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Mirzəbəyli kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir.
Fevralın 13-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Mirzəbəyli kənd sakinləri ilə görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüşü açan RİH başçısı son illərdə Azərbbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və layihələr haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş abadlıq, quruculuq işləri aparılır. Yaşayış məntələrinə yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial sahələr inkişaf etdirilir. Bildirilib ki, ölkə başçısı tərəfindən aqrar sektora və özəl sahəyə xüsusi diqqət yetirilir, yeni istehsal və emal müəssisələri yaradılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin fonunda son illər Mirzəbəyli kəndində də xeyli quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı bildirib ki, digər kəndlərimiz kimi Mirzəbəyliyə də qaz xətti, asfalt yol çəkilib, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb. Yaşayış məntəsinin daxili yolları hamarlanıb, kəndin mərkəzindən keçən çayın yatağı qum-çınqıldan təmizlənərək qaydaya salınıb, sahilbərkitmə işləri görülüb. Natiq qeyd edib ki, ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Bunun nəticəsidir ki, bizim şəhərimizdə, qəsəbə və kəndlərimizdə də belə uğurlu nəticələr özünü göstərir. Sonra rayonun xidmət təşkilatlarının rəhbərləri ərazidə gördükləri işlərə dair hesabat verib. Görüş-qəbulda iştirak edən kənd sakinləri onlara göstərilən qayğıya görə dövlət başçımız İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar son illər rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Mirzəbəyli kəndinin də qıraqda qalmadığını diqqətə çatdırıblar. Çıxış edənlərdən Nadir Qaçayev, Firudin Bəkirov, İsmayıl Hüseynov, Zəminə İsmayılova və başqaları məktəb binasının əsaslı təmir olunmasına, köhnəlmiş elektrik dirəklərinin, naqillərin və transformatorların dəyişdirilməsinə, kəndin mərkəzindən keçən çayın yatağının qum-çınqıldan təmizlənməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə Səbuhi Abdullayev sakinlər tərəfindən verilən təkliflərin və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.