Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində təlim keçirilmişdir.

08 iyun 2013 | 15:00

Müasir dövrdə dövlət peşə təhsili müəssisələri qarşısında iqtisadiyyatın   tələblərinə uyğun çevik, rəqabət qabiliyyəti, informasiya-kommunikasiya texnologiyalarını idarə edə bilən ixtisaslı kadrların hazırlanması kimi mühüm tələblər qoyur. Peşə təhsili müəssisələrində kompyuter kabinetləri yaradılmış, bir çox təhsil müəssisələri internetə qoşulmuşdur.
İlk peşə-ixtisas təhsili müəssisələrində də təlimin məqsədləri artıq yeni məzmun alır və nəticədə müəllimin hazırlığı yeni mexanizmlər, innovasiyalar, texnologiyalar üzərində qurulması, nəzəri və əməli biliklərə mükəmməl yiyələnməsi ilə şərtlənir. Buna görə də bu sahədə çalışan kadrlarla seminarlar, təlimlər təşkil olunur.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris  Mərkəzində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin  və Müasir Təhsilə Dəstək “Savadlı Cəmiyyət” təşkilatının təşkil etdiyi 2 günlük təlim keçirildi. Təlim “İlk peşə-ixtisas təhsili müəssisələri üçün 40 ixtisas üzrə yeni modul proqramlarının (kurikulumların) hazırlanması və mühəndis-pedaqoji heyətin təlimdən keçirilməsi” üzrə layihə çərçivəsində təşkil olunmuşdur. Təlimi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun  elmi işçisi Elxan Cəfərov aparırdı. Təlimdə Ağdaş, Oğuz, İsmayıllı, Şamaxı və Qəbələnin ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan 17 nəfər İKT müəllimi  iştirak edirdi. 06-07 iyun 2013-cü il tarixində keçirilən 2 günlük təlimdə müəllimlər lazımi metodiki və pedaqoji biliklər əldə etdilər.

Keçidlər