Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına media tur təşkil olunub.

19 fevral 2019 | 04:00

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (RMX) media tur təşkil edilib. Jurnalistlər və media nümayəndələri əvvəlcə RMX-nı gəzərək orada yaradılan şəraitlə tanış olublar. Rayonda 12 həkim məntəqəsi, 1 qəsəbə xəstəxanası fəaliyyət göstərir. 8 şöbəsi olan 160 çarpayılıq rayon mərkəzi xəstəxanasında 120 həkim, 365 orta tibb işçisi çalışır.
Qəbələ rayonu turistik ərazi olduğu üçün rayon Mərkəzi xəstəxanasının yeni binasının tikintisi üçün 5 hektara yaxın sahə ayrılıb. 6 mərtəbəli yeni xəstəxana binasının 2020 - ci ildə istifadəyə verilməsi planlaşdırılır. Mediatur zamanı bölgələrdəki xəstəxanaların 2020 - ci ildən etibarən problemsiz icbari tibbi sığorta sisteminə keçidi üçün geniş imkanların yaradılacağı barədə məlumat verilib. Rayonda Xəstəxana ilə yanaşı Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzi də fəaliyyət göstərir.
Mərkəzdə 4 cərrahi əməliyyat bloku mövcuddur. Onlardan biri yalnız hepatitli xəstələr üçün ayrılıb, biri lor xəstəlikləri üçün digər ikisi isə ümumi cərrahi prosedurların gerçəkləşdirilməsi üçün nəzərdə tutulub.

Keçidlər