Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı soyqırımının 27- ci ildönümü”nə həsr edilmiş stolüstü tennis üzrə xatirə turniri keçirilmişdir.

23 fevral 2019 | 02:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xocalı soyqırımının 27-ci ildönümü”nə həsr edilmiş silsilə tədbirlər planına əsasən 20 fevral 2019-cu il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə kişilər arasında xatirə turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd Xocalı soyqırımı həqiqətlərinin ictimaiyyətin diqqətinə bir daha çatdırmaq, həmçinin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarərdir. Turnir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirdi. Bununla belə yarış iştirakçılarının nəzərinə çatdırıldı ki, xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Xatirə turnirində rayonun idarə, müəssisə və idman kollektivlərindən olan 20-dək idmançı gərgin oyun nümayiş etdirmişlər. Yarışın nəticəsinə əsasən Ramiz Mirkamalov I yeri, Rübail Qarayev II yeri və Əli Hacıyev III yeri  tutmuşlar. Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplom və kubokları təqdim edilmişdir.

Keçidlər