Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş toplantı keçirilib

23 fevral 2019 | 04:00

Qəbələ Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. İlk öncə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Diqqətə çatdırılmışdır ki, Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi. Toplantıda Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsi və etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu qeyd edilmiş və bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməli olacaqları vurğulanmışdır.

Keçidlər