Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.

23 fevral 2019 | 06:00

Qəbələdə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan “Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Mədəniyyət Mərkəzi, Qəbələ Dövlət Rəsm Qalereyası və Uşaq İncəsənət Məktəbinin dəstəyi ilə keçirilən müsabiqənin yekun sərgisində 40-dək yeniyetmə və gənc rəssamın 100 əsəri nümayiş etdirilib. Toplantıda rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, İncəsənət Məktəbinin direktoru Əhməd Qəndiyev, Mədəniyyət Mərkəzinin metodisti Anar Rüstəmli və başqaları çıxış edərək, Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət, soyqırımı olduğunu bildiriblər. Qeyd olunub ki, Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq idi. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Xocalı faciəsinin acı nəticələrini bir daha uşaq, yeniyetmə və gənclərin diqqətinə çatdırmaq, eyni zamanda, onların bədii yaradıcılıq potensialını üzə çıxarmaq, inkişaf etdirməkdir. Sonra tədbir iştirakçıları müsabiqəyə təqdim olunan rəsm əsərləri ilə tanış olublar. Münsiflər heyətinin rəyinə əsasən, Ruhəngiz Babayeva müsabiqənin qalibi adını qazanıb. Ləman Əliyeva və Zərifə Rəcəbova ikinci, Aytən Qədirova, Fidan Həşimli və Banuçiçək Şəfiyeva üçüncü yeri tutublar. Müsabiqənin qalibləri diplom və xatirə hədiyyələri ilə, digər iştirakçılar isə fəxri fərmanlarla mükafatlandırılıblar.

Keçidlər