15 İyun – Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın taleyini dəyişən zəfər tarixi" adlı tədbir keçirilib
İyunun 10-da Qəbələ rayon Heydər Əliyev Mərkəzində 15 İyun– Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın taleyini dəyişən zəfər tarixi" adlı tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Regional Asan Xidmət Mərkəzinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Milli Qurtuluş gününün müasir Azərbaycan tarixinin ən əlamətdar səhifələrindən biri olması, 1993-cü ilin iyun ayında ölkəmizin mürəkkəb siyasi və ictimai böhranla üz-üzə qaldığı dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdaraq dövlətimizin müstəqilliyinin qorunması, sabitliyin bərpası və ölkənin inkişaf yoluna çıxarılması istiqamətində mühüm addımlar atdığı barədə ətraflı məlumat verilmiş, Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, bu siyasi kursun ulu öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs olunub. Sonda məktəblilərin ifasında şeirlər səsləndirilmiş, mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuşdur.













