"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə "Heydər Əliyev Fenomeni - Milli qurtuluşun təntənəsidir" adlı tədbir keçirilib
12 iyun 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qəbələ rayon A.Mustafayev adına Hacıalılı kənd tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə "15 iyun - Milli Qurtuluş Günü"n’ həsr edilmiş "Heydər Əliyev Fenomeni-Milli qurtuluşun təntənəsidir" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamış, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından söhbət açaraq, Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını diqqətə çatdırmışlar.