15 İyun - Milli Qurtuluş Günü münasibətilə Voleybol turniri keçirilib
12 iyun 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli“ çərçivəsində “Milli Qurtuluş Günü” ilə əlaqədar Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Oğuz Regional Voleybol Klubunun 16 yaşadək qız və oğlanlardan ibarət komandaları arasında təşkil olunan voleybol turnirinin final qarşılaşması keçirilmişdir. 8-12 iyun tarixlərində keçirilən voleybol turnirinin final qarşılaşma oyunlarından sonrakı yekun tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti və idmana qayğının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, bu günkü turnirin Qəbələdə keçirildiyinə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirmiş, idmançılara uğurlar arzulamışdır. Azərbaycan Voleybol Federasiyasının Prezidenti Şahin Bağırov çıxış edərək qalib komandaları, eləcə də yeniyetmələr arasında ilk dəfə keçirilən Azərbaycan çempionatının qalibi olmuş Oğuz RVK-nun U-16 oğlanlardan ibarət komandasının idmançılarını təbrik etmiş və onların peşəkar voleybolçu kimi yetişmələri üçün öz tövsiyyələrini vermişdir. Sonda qalib komandaların üzvlərinə təşkilatçılar tərəfindən diplom, medal və kuboklar təqdim edilmişdir.













