“15 iyun-Milli Qurtuluş günü”nə həsr edilmiş kişilər arasında stolüstü tennis üzrə rayon turniri keçirilib
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14 iyun 2022-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində “Milli Qurtuluş günü”nə həsr edilmiş stolüstü tennis üzrə kişilər arasında rayon turniri keçirilmişdir. Turnirin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov yarış iştirakçılarını salamlayaraq, “15 iyun-Milli Qurtuluş günü” münasibətilə təbrik etmiş, bayramın yaranma tarixi haqqında, Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı naminə gördüyü işlərdən, respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışmışdır. Rayonun idarə, müəssisə və idman kollektivlərindən olan 16 idmançı arasında keçirilən birinciliyin yekun nəticəsinə əsasən Mövlan Xəlilov I yerə, Ramiz Mirkamalov II yerə, Əli Hacıyev isə III yerə layiq görülmüşlər. Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.