Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı faciəsi - qan yaddaşımız.

24 fevral 2019 | 04:00

İsmayıl bəy Qutqaşınlının ev muzeyində Xocalı soyqrımının 27-ci il dönümü münasibətilə tədbir keçirilmişdir. Toplantıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalıda törətdiyi qanlı hadisələr haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki,  xalqımıza qarşı törədilən soyqırım zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Diqqətə çatdırılıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra verilib. Toplantıda çıxış edənlər də ermənilərin torpaqlarımızda qanlı cinayətlər törətdiklərini, günahsız insanların qanlarını axıtdıqlarını bildirib, bu həqiqətlər barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar çatdırılmasının vacibliyini vurğulayıblar. Sonda Qəbələ şəhər 2 saylı tam orta məktəbin şagirdləri ədəbi bədii kompozisiya ilə çıxış etmişlər.

Keçidlər