Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımı bəşər tarixinin ən faciəvi hadisələrindən biridir.

25 fevral 2019 | 16:00

Xocalı faciəsinin 27- ci ildönümü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzində şəhər 3 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə tədbir təşkil olunmuşdur. Ekspozisiya zalında təşkil olunan tədbirdə şagirdlərə Xocalı faciəsi barədə ətraflı məlumat verilmişdir. Bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalını işğal etmişlər. Həmin gecə şəhər əhalisindən 613 nəfər öldürülmüş, 1000-dən artıq sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmlərə məruz qalmışlar. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir. Diqqətə çatdırmışdır ki, insanlığa qarşı yönəlmiş bu cinayətə siyasi və hüquqi qiymət yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanlarla bu faciə xalqımıza qarşı törədilən soyqırımı kimi qiymətləndirilmiş, Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur. 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzalanmış Fərmana əsasən isə hər il fevralın 26-da saat 17.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Daha sonra məktəblilərə Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün aparılan genişmiqyaslı işlər haqqında məlumat verilmişdir. Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş bədii kompoziya nümayiş etdirmişlər.

Keçidlər