Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Qəmərvan kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir.

27 fevral 2019 | 16:00

Qəmərvan kəndində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illər ölkəmizin hər yerində olduğu kimi, Qəbələ rayonunun da bütün yaşayış məntəqələrində, o cümlədən Qəmərvan kəndində həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında icrası nəzərdə tutulan yeni tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verən RİH-nin başçısı əhalinin rifahının yüksəlməsində kənd təsərrüfatının mühüm rol oynadığını, aqrar sektorun kənd adamlarını daha təminatlı etdiyini bildirib. Bu baxımdan özünüməşğulluğun böyük əhəmiyyətə malik olduğunu və Qəmərvan kəndində də bu istiqamətdə xeyli işlərin görüldüyünü, xüsusilə ərazidə heyvandarlığın və əkinçiliyin daha çox inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, özünüməşğulluğun təşkilində və aqrar sektorda iş görmək istəyən bütün kənd sakinlərinə bundan sonra da hərtərəfli dövlət qayğısı və köməklik göstəriləcəkdir. Sonra kənd sakinləri dinlənilib. Görüş iştirakçıları rayonumuzda həyata keçirilən sosial layihələrin uğurlu icrasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Hacı Ziyadov, Elman Rüstəmov, Rəna Hacıyeva, İbrahimxəlil Sərkarov, Xatirə Xasməmmədova və başqaları çıxışlarında kənddə işıq xətlərinin təmir edilməsini, Bum çayında sahilbərkitmə məqsədilə beton bəndin tikilməsini, məktəbin istilik şəbəkəsinin quru yanacaqdan təbii qaz sisteminə keçirilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı verilən təkliflərin icrası barədə aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər