Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun fermer və sahibkarları paytaxt Bakı şəhərində təşkil olunmuş Novruz yarmarkasında iştirak edirlər.

09 mart 2019 | 16:00

Martın 9-da, Bakı şəhərinin Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində Novruz yarmarkası açılıb. Yarmarkada iştirak edən respublikanın müxtəlif bölgələri ilə yanaşı Qəbələ rayonundan olan fermerlər və ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur. Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmarkaların məqsədi fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilməsi, əhalinin isə ucuz qiymətə məhsul almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır. Qeyd edək ki, hər həftənin şənbə və bazar günləri Qəbələ rayonunda da bu məqsədlə ayrılmış məkanda Novruz yarmarkaları təşkil olunur.

Keçidlər